02 Fevral 2025, 00:26
FUTBOL
"Jirona" Artur Melonu mövsümün sonuna kimi "Yuventus"dan icarəyə götürüb.
Matc.az xəbər verir ki, bu barədə məlumatı klubun rəsmi saytı paylaşıb.
Braziliyalı müdafiəçinin İspaniya çempionatında oynamaq təcrübəsi var, o, əvvəllər "Barselona"nın rənglərini qoruyub.
Qeyd edək ki, 28 yaşlı futbolçunun qiyməti 5 milyon avrodur və "Yuventus" onu daha əvvəl "Fiorentina"ya icarəyə vermişdi.