Dortmund "Borussiya"sının hücumçusu Kərim Adeyemi karyerasını "Napoli"də davam etdirmək variantından imtina edib.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "Bild" nəşri paylaşıb.

İtaliya A Seriyasının lideri qış "transfer pəncərəsi" bitməmişdən əvvəl 23 yaşlı futbolçu ilə müqavilə imzalamağa can atırdılar, lakin "Napoli" indi başqa variantları nəzərdən keçirməli olacaq.

Adeyemi isə mövsümü "Borussiya"da başa vurmaq və İngiltərə Premyer Liqasından gələcək təklifləri gözləyəmək niyyətindədir.

"Transfermarkt" futbolçunun transfer dəyərini 35 milyon avro qiymətləndirir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest