02 Fevral 2025, 10:36
FUTBOL
"Mançester Yunayted" "Aston Villa"nın 27 yaşlı vingeri Leon Beyli ilə maraqlanır.
Matc.az xəbər verir ki, bu barədə Sky Sports məlumat yayıb.
Bildirilir ki, "qırmızı şeytanlar" yamaykalı futbolçunu qış "transfer pəncərəsi" bağlanana qədər transfer etmək variantını nəzərdən keçirir.
Qeyd edək ki, Beyli bu mövsüm bütün turnirlərdə 29 oyuna çıxıb, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.
27 yaşlı futbolçunun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun dəyəri 38 milyon avrodur.