"Yuventus" bu mövsüm "Qalatasaray"da icarə əsasında çıxış edən "Napoli"nin 26 yaşlı mərkəz hücumçusu Viktor Osimhenin agentləri ilə tam şifahi razılığa gəlib.

Matc.az xəbər verir ki, bu barədə X sosial şəbəkəsində jurnalist Sebastiano Sarno məlumat verib.

Bildirilir ki, Turin klubu hücumçu Duşan Vlahoviçi satmaq və əldə olunan gəliri nigeriyalı futbolçunun alınmasına yatırmaq istəyir. Osimhenin özü də transferi üçün 70-75 milyon avro ödəməyə hazır olduğu "qoca sinyora"ya keçmək istədiyi vurğulanır.

Qeyd edək ki, bu mövsüm forvard bütün turnirlərdə 21 matçda iştirak edib, 17 qol vurub və 5 məhsuldar ötürmə edib.

Osimhenin "Napoli" ilə hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun bazar dəyəri 75 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest