"İnter" "Roma"dan Nikola Zalevskini icarəyə götürüb.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Polşa millisinin üzvü mövsümün sonuna qədər "İnter"də oyanayacaq. Milan klubu 23 yaşlı yarımmüdafiəçini birdəfəlik transfer etmək hüququna sahibdir.

Qeyd edək ki, Nikola Zalevski "Roma"nın yetirməsidir. O, bu mövsüm meydana çıxdığı 17 rəsmi matçda 2 qol ötürməsi ilə yadda qalıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest