"Lens"in mərkəz müdafiəçisi Kevin Danso İngiltərənin "Tottenhem" klubuna keçməyə yaxındır.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano X sosial şəbəkəsində məlumat verib.

Bildirilir ki, tərəflər transferin şərtləri barədə razılığa gəliblər. Dansonun keçidi Premyer Liqa klubuna 25 milyon avroya başa gələcək. Müdafiəçi İngiltərə klubu ilə 2030-cu ilə qədər müqavilə imzalayacaq.

26 yaşlı oyunçu "Vulverhempton"a keçməyə yaxın idi, lakin "Tottenhem" buna mane ola bilib.

Qeyd edək ki, Danso bu mövsüm "Lens"in heyətində bütün yarışlarda 14 oyun keçirib, lakin fərlənə bilməyib. "Transfermarkt" portalında futbolçunun dəyəri 25 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest