02 Fevral 2025, 12:46
FUTBOL
PSJ-nin sağ cinah hücumçusu Marko Asensio karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə jurnalist Fabrisio Romano məlumat yayıb.
29 yaşlı ispaniyalı ilə "Aston Villa" maraqlanır. Birmingemlilər Asensionu icarəyə götürmək istəyir. Tərəflər müqavilə bağlamağa yaxındırlar.
Qeyd edək ki, bu mövsüm Asensio PSJ-də 16 oyun keçirib, 2 qol vurub və 4 məhsuldar ötürmə edib.
29 yaşlı vingerin klubu ilə hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun dəyəri 20 milyon avrodur.