02 Fevral 2025, 14:42
FUTBOL
Polşanın "Rakov" klubu 20 yaşlı seneqallı yarımmüdafiəçi İbrahima Sek ilə müqavilə imzalayıb.
Matc.az xəbər verir ki, klubun rəsmi saytı keçidin kriptovalyuta ilə ödənildiyini bildirib.
Bu, Polşa futbolu tarixində ilk belə transferdir.
Qeyd edək ki, Sek Seneqalın U-20 millisi ilə Afrika çempionu olub. Onun Polşa klubu ilə müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.