"Real"ın mərkəz müdafiəçisi Antonio Rüdiger İspaniya La Liqasının 22-ci turunun "Espanyol"la görüşündə (0:1) sağ ayağından zədə alıb.

Matc.az xəbər verir ki, bu barədə Madrid klubunun rəsmi saytı məlumat yayıb.

31 yaşlı futbolçu bu zədə səbəbindən 2-3 həftə komandasına kömək edə bilməyəcək.

Alman müdafiəçinin La Liqada Madrid "Atletiko"su oyunda (8 fevral) və "Mançester Siti" ilə Çempionlar Liqasının ilk pley-off matçında (11 fevral) iştirak edə bilməyəcəyi vurğulanır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest