02 Fevral 2025, 16:00
FUTBOL
"Mançester Yunayted" "Leççe"nin sol cinah müdafiəçisi Patrik Dorqunu heyətinə qatıb.
Matc.az xəbər verir ki, bu barədə ingilis klubunun rəsmi saytı məlumat paylaşıb.
"Qırmızı şeytanlar" 20 yaşlı danimarkalı futbolçu ilə 2030-cu ilin yayına qədər müqavilə bağlayıb.
Mançester təmsilçisi Dorqunun transferi üçün 35 milyon avro ödəyəcək. Bunun 30 milyon avrosu sabit, digər 5 milyon avro isə bonus ödənişləri olacaq.
Qeyd edək ki, danimarkalı futbolçu 2022-ci ilin yayından "Leççe"də çıxış edir. Bu mövsüm Dorqu bütün turnirlərdə 23 oyun keçirib, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.
"Transfermarkt" portalında futbolçunun bazar dəyəri 20 milyon avrodur.