"Çelsi"nin futbolçusu Çezare Kazadei "Torino"ya keçib.

Matc.az xəbər verir ki, bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.

"Torino" italyan yarımmüdafiəçi üçün London klubuna 15 milyon avro təzminat ödəyib. İtaliya millisinin üzvü yeni klubu ilə 2029-cu ilin yayına kimi müqavilə imzalayıb.

Qeyd edək ki, "Çelsi" Çezare Kazadeini 2022-ci ilin yayında "İnter"dən transfer etmişdi. 23 yaşlı futbolçu bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində 6 rəsmi matçda meydana çıxıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest