02 Fevral 2025, 18:31
FUTBOL
Avstriyanın LASK klubunun xorvatiyalı hücumçusu Marin Lyubiçiç "Yunion Berlin"ə keçib.
Matc.az xəbər verir ki, bu barədə Almaniya Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Transfer 4,5 milyon avro təşkil edib. Müqavilənin şərtləri barədə məlumat açıqlanmır.
Qeyd edək ki, Bu mövsüm 22 yaşlı futbolçu LASK-ın heyətində 26 oyun keçirib, 5 qol vurub və 3 məhsuldar ötürmə edib.