03 Fevral 2025, 00:24
FUTBOL
İngiltərə Premyer Liqasında 24-cü turun oyunları keçirilir.
Matc.az xəbər verir ki, "Arsenal" doğma meydanda "Mançester Siti"ni qəbul edib.
Qarşılaşma London təmsilçisinin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, xallarını 50-yə yüksəldən "Arsenal" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 41 xalı olan "Mançester Siti" isə 4-cü yerdədir.
"Arsenal" – "Mançester Siti" - 5:1
Qollar: Martin Edeqor, 2, Tomas Parti, 56, Maylz Luis-Skelli, 62, Kay Haverts, 76, Ethan Nwaneri, 90+3 // Erlinq Haaland, 55