03 Fevral 2025, 00:50
FUTBOL
İtaliya A Seriyasında 23-cü turun oyunları keçirilir.
Matc.az xəbər verir ki, "İnter" səfərdə "Milan"la üz-üzə gəlib.
Qarşılaşma 1:1 hesablı heç-heçəylə yekunlaşıb. Hesabı 45-ci dəqiqədə "Milan"ın yarımmüdafiəçisi Teyani Reynders açıb. "İnter"in cavab qolunu isə 90+3-cü dəqiqədə müdafiəçi Stefan de Vrij vurub.
Beləliklə, "İnter" İtaliya çempionatında 4 aydan çoxdur – 2024-cü il sentyabrın 22-dən məğlub olmur.
Qeyd edək ki, keçirdiyi 22 oyundan sonra "İnter" 51 xalla turnir cədvəlində ikinci yerdə qərarlaşıb. A Seriyasının turnir cədvəlinə 53 xalla "Napoli" başçılıq edir.