Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2025-ci ildə milli çempionatlarda ən çox qol vuran futbolçuların adlarını açıqlayıb. Matc.az xəbər verir ki, siyahıya “Əl-Hilal”ın hücumçusu Markos Leonardo başçılıq edir.

Braziliyalı forvard Səudiyyə Ərəbistanı çempionatında 9 qol vurub. İraqlı Mohanad Ali “Əl Şorta”da vurduğu 8 qolla ikinci sıradadı. İlk “üçlüy”ün sonuncu sakini “Mançester Siti”nin heyətində 6 dəfə fərqlənən Fil Fodendi.

Qeyd edək ki, siyahıya 5 və daha çox qol vuran 24 futbolçu salınıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest