“Mançester Siti” İngiltərə Premyer Liqasında son illərin ən uğursuz nəticələrini göstərir. Matc.az xəbər verir ki, Pep Qvardiolanın yetirmələri XXIV turda səfərdə “Arsenal” önündə darmadağın olub - 1:5.

“Şəhərlilər” cari mövsüm ölkə çempionatında artıq 7 məğlubiyyət alıb. Komanda sonuncu dəfə 2019-20 mövsümündə ikinci yeri tutduğu zaman bu həddə çatmışdı. Ondan sonrakı mövsümlərdə “Mançester Siti”nin heç vaxt 6-dan çox məğlubiyyəti olmayıb.

Qeyd edək ki, “Mançester Siti” hazırda lider “Liverpul”dan 15 xal, ikinci pillədəki “Arsenal”dan isə 9 xal geri qalır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest