“Arsenal” 2003-cü ildən bəri ilk dəfə “Mançester Siti”nin qapısına 5 qol vurub. Matc.az xəbər verir ki, “topçular” İngiltərə Premyer Liqasının XXIV turunda “şəhərlilər”i 5:1 hesabı ilə məğlub edib.

Londonlular eyni zamanda 2000-ci ildən sonra ilk dəfə Mançester klubunu ev oyununda 5 dəfə mərkəzə dəvət edib. Axırıncı dəfə məhz 2000-ci ildə “Hayberi” stadionunda “Arsenal” 5:0 hesablı qələbə qazanmışdı.

Qeyd edək ki, hazırda “Arsenal” 50 xalla İngiltərə çempionatında 2-ci, “Mançester Siti” isə 41 xalla 4-cü pillədədi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest