03 Fevral 2025, 14:30
FUTBOL
"Bavariya"nın futbolçusu Matis Tel karyerasını İngiltərədə davam etdirə bilər. Matc.az xəbər verir ki, "mankunianlar" onu heyətlərinə qatmaqda israrlıdılar.
Bildirilir ki, ingilislər transferi bu qış reallaşdırmaq istəyirlər. Premyer Liqa təmsilçisi ən pis halda Teli icarəyə götürməyi düşünür.
Qeyd edək ki, 19 yaşlı futbolçunun “Bavariya” ilə müqaviləsinin müddəti 2029-cu ilin yayınadək nəzərdə tutulub.