03 Fevral 2025, 15:24
FUTBOL
Millimizin üzvü Mahir Emrelinin "Nürnberq"dəki komanda yoldaşı Stefanos Tsimas karyerasını İngiltərədə davam etdirəcək. Matc.az xəbər verir ki, II Bundesliqa klubunda icarə əsasında çıxış edən hücumçu “Brayton”u formasını geyinəcək.
Əvvəlcə “Nürnberq” rəhbərliyi müqavilə ilə PAOK-a məxsus olan hücumçunu birdəfəlik heyətinə qatıb. Ardınca isə yunan futbolçuya "Brayton"a icarəyə verilib. Tsimas cari mövsümün sonunadək hazırkı komandasında çıxış edəcək, bu ilin yayında isə İngiltərə təmsilçisinə qoşulacaq.
Qeyd edək ki, Tsimas “Nürnberq”in heyətində ümumilikdə 18 oyunda 10 dəfə fərqlənib.