04 Fevral 2025, 10:06
FUTBOL
"O, fenomen idi. Gördüyüm bütün futbolçular arasında mənim üçün ən yaxşısı Ronaldo idi. Heyrətamiz oyunçu idi"
Argentina yığmasının və "İnter Mayami"nin futbolçusu Lionel Messi açıqlaması ilə diqqət çəkib. Matc.az xəbər verir ki, "Qızıl top" mükafatının səkkizqat qalibi gördüyü ən yaxşı futbolçunun adını açıqlayıb.
Messi əfsanəvi hücumçu, Braziliya millisinin sabiq üzvü Ronaldonu digərlərindən üstün tutub: “O, fenomen idi. Gördüyüm bütün futbolçular arasında mənim üçün ən yaxşısı Ronaldo idi. Heyrətamiz oyunçu idi".
Qeyd edək ki, Ronaldo “Qızıl top” mükafatını iki dəfə (1997, 2002) qazanıb. Bundan əlavə, o, iki dəfə (1994, 2002) dünya çempionu adına yiyələnib.