04 Fevral 2025, 13:16
FUTBOL
PSJ-nin ispaniyalı futbolçusu Marko Asensionun yeni komandası bəlli olub. Matc.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi karyerasını İngiltərədə davam etdirəcək.
Belə ki, Asensio “Aston Villa”ya keçib. O, cari mövsümün sonunadək icarə əsasında Premyer Liqa təmsilçisində çıxış edəcək.
Qeyd edək ki, Asensio 2023-cü ilin yayından PSJ-də meydana çıxdığı 16 oyunda 2 qola imza atıb.