04 Fevral 2025, 14:50
FUTBOL
“Benfika” “Komo”nun hücumçusu Andrea Belottini icarəyə götürüb. Matc.az xəbər verir ki, Portuqaliya klubu bunu rəsmi saytı vasitəsilə açıqlayıb.
Müqavilə cari mövsümün sonuna qədər nəzərdə tutulub. 31 yaşlı futbolçu Lissabon klubunda 19 nömrə altında çıxış edəcək.
Belotti “Komo”ya ötən ilin yayında “Roma”dan keçmişdi. O, bu mövsüm bütün turnirlərdə 19 oyun keçirib, 2 qol vurub.
Qeyd edək ki, İtaliya millisinin sabiq üzvü karyerası ərzində “Palermo”, “Torino”, “Roma” və “Fiorentina”da çıxış edib.