04 Fevral 2025, 15:37
FUTBOL
“Yuventus” “Lans”ın müdafiəçisi Kevin Dansonun transferindən imtina edib. Matc.az xəbər verir ki, buna səbəb Avstriya millisinin üzvünün səhhətindəki problemlər olub.
Klublar arasında razılıq əldə olunsa da, Danso Turin təmsilçisində tibbi müayinədən keçməyib. Bu üzdən “Yuve” 26 yaşlı mərkəz müdafiəçisindən vaz keçib. Dərhal sonra isə o, “Tottenhem”ə icarəyə verilib. Razılığa əsasən, Premyer Liqa klubu mövsümün sonunda onu 25 milyon avro qarşılığında transfer etmək məcburiyyətində olacaq.
Qeyd edək ki, Kevin Danso ötən ilin yayında da səhhətində aşkarlanan problem səbəbindən “Roma”ya keçməmişdi.