İngiltərə millisinin sabiq futbolçusu Qari Lineker Premyer Liqada çıxış etmiş ən yaxşı futbolçunun adını açıqlayıb. Matc.az xəbər verir ki, onun fikrincə, Kriştiano Ronaldo İngiltərədə çıxış etmiş ən yaxşı oyunçudu.

O, yarımmüdafiə xəttində isə eyni səviyyədə futbolçunun çox olduğunu söyləyib: “Çox güman ki, bacardıqlarına görə ən yaxşı futbolçu Ronaldodu. Amma kifayət qədər böyük futbolçular olub. Məsələn, yarımmüdafiəçilər barədə mübahisə etmək olar: Cerrard, Skoulz, Lempard, Kin, Vieyra və s.”

Qeyd edək ki, Kriştiano Ronaldo 2003-2009 və 2021-2022-ci illərdə “Mançester Yunayted”in formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest