“Yuventus”un və İtaliya millisinin yarımmüdafiəçisi Nikolo Faqioli komandasını dəyişib. Matc.az xəbər verir ki, 23 yaşlı orta sahə oyunçusu yenə A Seriyasında çıxış edəcək.

Ancaq o, ikinci yarını “Fiorentina”da keçirəcək. Florensiya klubu onu satın alma öhdəliyi ilə yaya qədər icarəyə götürüb.

Qeyd edək ki, “Yuventus”un yetirməsi olan Nikolo Faqioli turinlilərin heyətində 22 oyun keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest