Belarusun paytaxtı Minskdə təlim-məşq toplanışında olan 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi ilk yoxlama oyununu keçirib. Matc.az xəbər verir ki, U-19 Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Rəqib hər iki qolu birinci hissədə vurub.

Qeyd edək ki, komandalar arasında ikinci yoxlama oyunu fevralın 6-da keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest