04 Fevral 2025, 18:32
FUTBOL
"Roma"nın sahibləri Fridkin ailəsi "Real" baş məşqçisi Karlo Ançelottini komandanın başına keçməyə razı salmağa çalışır.
Matc.az xəbər verir ki, bu barədə məlumatı AS paylaşıb.
Bildirilir ki, Roma klubunun bossları hesab edirlər ki, "Roma"nı Avropa elitasına gətirməkdə Ançelottidən yaxşı heç kim öhdəsindən gələ bilməz.
İtaliya klubunun rəhbərliyi Ançelottini komandaya dəvət etməyin onlar üçün çətin olacağını bilir, çünki o, "Real"da qalmaq istəyir. 65 yaşlı mütəxəssislə əlaqə yaradılsa da, "Roma" anlayır ki, o, kluba ancaq Madrid təmsilçisi müqaviləni vaxtından əvvəl xitam verərsə, gələ bilər.