04 Fevral 2025, 19:50
FUTBOL
"Neftçi" Azərbaycan Kubokunun 1/4 final mərhələsində qarşılaşacağı "Kəpəz" ilə ilk oyunun hazırlığı yekunlaşıb.
"Neftçi" Azərbaycan Kubokunun 1/4 final mərhələsində qarşılaşacağı "Kəpəz" ilə ilk oyunun hazırlığı yekunlaşıb.
Matc.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "ağ-qaralar" bu gün qarşılaşmanın keçiriləcəyi Tovuz şəhər stadionunda oyunöncəsi son məşqinə çıxıb.
Hələ də bərpa dövrü keçən futbolçular – Rəhman Hacıyev, Rafael Quzzo və Dembo Darbo ilə yanaşı, "Şamaxı" ilə oyunda zədələnən Edvin Kuç və Andrey Ştoqrin, həmçinin səhhəti ilə əlaqədar Azər Əliyev də kubok görüşünü buraxacaqlar.
Qeyd edək ki, fevralın 5-də keçiriləcək "Kəpəz" – "Neftçi" oyunu saat 16:00-da başlanacaq.