"Roma" heyətini 3 yeni futbolçu ilə gücləndirib. 

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Paytaxt təmsilçisi "Salzburq"dan yarımmüdafiəçi Luk Qurna-Duat və "Qalatasaray"dan müdafəçi Viktor Nelssonu icarə əsasında heyətə cəlb edib. İtaliya klubu "Tvente"dən müdafiəçi Anass Salah-Əddinlə isə daimi əsaslarla razılıq əldə edib. Müqavilənin detalları hələ ki açıqlanmayıb. 

Qeyd edək ki, 21 yaşlı Qurna-Duat bu mövsüm 23 matça çıxaraq 1 qol və 2 qolun ötürməsini edib. 26 yaşlı Nelsson bu mövsüm 18 görüşdə meydana çıxıb. 23 yaşlı Salah-Əddin isə 29 matça çıxaraq 2 qol vurub və 4 qolun ötürməsini edib. 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest