"Çelsi" "Sent-Etyen"dən 19 yaşlı yarımmüdafiəçi Matis Amuqunun transferini açıqlayıb.

Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat paylaşıb.

Fransız futbolçu ilə 8 illik müqavilə bağlanıb. London klubunun 19 yaşlı futbolçu üçün 15 milyon avro ödədiyi bildirilir.

Qeyd edək ki, Amuqu "Sent-Etyen" akademiyasının məzunudur. Yarımmüdafiəçi əsas komandanın tərkibində bütün turnirlərdə 19 matçda iştirak edib, lakin fərlənə bilməyib.

"Transfermarkt" portalında futbolçunun dəyəri 5 milyon avrodur.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest