Millimiz Avropa çempionatının əsas mərhələsində bu gün növbəti oyununu keçirib.

Matc.az xəbər verir ki, Bakı İdman Sarayında komandamız Yunanıstan yığmasını qəbul edib.

İkinci ev oyununda yığmamız hesabı erkən açıb. Xəzərin zərbəsindən sonra qapıçı topu geri qaytarsa da, özünü çatdıran Oktay rəqib torunu silkələməyi bacarıb. 15-ci dəqiqədə rəqib cərimə zərbəsi zamanı hesaba tarazlıq gətirib və komandalar fasiləyə "sülh"lə yollanıblar.

İkinci hissədə də tərəflər hərəyə bir qol vurub. Əvvəlcə qonaqlar hesabda üstünlük qazanıb. Final fitinə 2 dəqiqə qalmış avtoqol sayəsində hesab bərabərləşib.

AÇ-2026
Əsas mərhələ,
V qrup
4 fevral

AzərbaycanYunanıstan - 2:2
Qollar: Oktay Rüstəmli, 0:52, Spyridon Papakostas, 38:52 (öq) // Leandros Tankas, 14:25, Marios Ntatis, 37:24
Sarı vərəqələr: Nihad İsmayılov, 14:24 // Vasilis Tzakidis, 25:00, Kostas Panou, 29:31

Hakimlər: Telmen Undrakh (Norveç), Yakob Pavlovski (Almaniya), Dag Erik Tangvik (Norveç)
Timekepeer: Ramil Namazov (Azərbaycan)
Hakim-inspektor: Stefan Tivold (Sloveniya)
UEFA nümayəndəsi: Assem Kuzhanova (Qazaxıstan)


Azərbaycan: 12. Rövşən Hüseynli (q), 5. Oktay Rüstəmli, 7. Xəzər Ağalızadə, 8. Ülvi Əliyev, 14. Tofiq Mikayılov, 1. Emin Kürdov (q, k), 2. Nihad İsmayılov, 3. Kənan Manafov, 4. Fərid Atakişiyev, 6. Mirzə Əmirov, 9. Emil Həsənzadə, 10. Seymur Məmmədov, 17. Nurlan Mehdizadə, 20. Fərid Abbasov
Baş məşqçi: Vitali Borisov 

Yunanıstan: 1. Nikolaos Aronis (q), 4. Seiti Ensi, 6. Andreas Tarnanidis, 7. Marios Ntatis, 9. Alexandros Adamopoulos, 12. Dimitris Zervas (q, k), 2. Evangelos Avlonitis, 3. Konstantinos Papadopoulos, 5. Dimitrios Karydas, 8. Lampros Tsinas, 10. Spyridon Papakostas, 11. Leandros Tankas, 13. Kostas Panou, 14. Vasilis Tzakidis
Baş məşqçi: İoannis Ziavas

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest