04 Fevral 2025, 22:15
FUTBOL
"Bavariya" 24 yaşlı müdafiəçi Alfonso Devisin müqaviləsini 2030-cu ilə qədər uzaddığını açıqlayıb.
Matc.az xəbər verir ki, bu barədə Münhen klubunun rəsmi saytında məlumat paylaşılıb.
Qeyd edək ki, kanadalı futbolçu 2019-cu ilin qışında "Bavariya"ya keçib. Bu müddət ərzində Devis bütün yarışlarda 220 oyun keçirib, 12 qol vurub və 34 məhsuldar ötürmə edib.
"Transfermarkt" portalında futbolçunun dəyəri 50 milyon avrodur.