"Qarabağ" sabiq futbolçusu Kadi Borgesin transferini açıqlayıb.

Matc.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Braziliyalı yarımmüdafiəçi Macarıstanın "Ferensvaroş" klubundan transfer olunub. 26 yaşlı oyunçu ilə bağlanan müqavilənin detalları açıqlanmayıb.

Xatırladaq ki, Kadi Borges 2021-ci ilin yayından 2023-cü ilin yanvarınadək "Qarabağ"ın formasını geyinib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest