"Utrext"in yarımmüdafiəçisi Taylor But "Tvente"yə keçib.

Matc.az xəbər verir ki, bu barədə Enşede klubunun rəsmi saytı məlumat yayıb.

Transfer dəyəri 2 milyon avro təşkil edib. Müqavilə 30 iyun 2028-ci il tarixinədək imzalanıb.

Qeyd edək ki, 23 yaşlı amerikalı "Real Salt Lake"in yetirməsidir 2019-cu ilin yanvarında o, "Bavariya"nın akademiyasına keçib. Daha sonra Avstriyanın "Sent Pölten" klubuna icarə göndərilib.

But "Utrext"ə 2022-ci ilin yayında azad agent kimi keçib. O, Niderland klubunda 58 oyun keçirib, 8 qol vurub və 4 məhsuldar ötürmə edib. Taylor But ABŞ milli komandasının oyunçusudur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest