Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına start veriləcək.

Matc.az xəbər verir ki, iki günü əhatə edəcək görüşlərin ilk günündə iki qarşılaşma keçiriləcək.

"Neftçi" səfərdə "Kəpəz"in qonağı olacaq. "Sabah" isə doğma meydanda "Sumqayıt"ı qəbul edəcək.

Azərbaycan Kuboku
1/4 final mərhələsi, ilk oyunlar
5 fevral

16:00. "Kəpəz""Neftçi"
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Elvin Bayramov
VAR: Rəvan Həmzəzadə
AVAR: Nicat İsmayıllı
Hakim-inspektor: Rövşən Əhmədov
Tovuz şəhər stadionu

18:30. "Sabah" – "Sumqayıt"
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamran Əliyev
VAR: Rəşad Əhmədov
AVAR: Elşad Abdullayev
Hakim-inspektor: Ramil Diniyev
Bank Respublika Arena

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest