05 Fevral 2025, 01:08
FUTBOL
Bu gün Portuqaliya millisinin və "Əl-Nəsr"ın hücumçusu Kriştiano Ronaldonun 40 yaşı tamam olub.
Matc.az xəbər verir ki, ulduz futbolçu karyerası boyu 923 qol vurub. O, klub səviyyəsində 788 dəfə, Portuqaliya millisinin heyətində isə 135 dəfə fərqlənib.
Ronaldo karyerası ərzində "Sportinq", "Mançester Yunayted", "Real", "Yuventus" və "Əl-Nəsr" klublarında çıxış edib. O, bütün turnirlərdə 438 matçda iştirak edərək 450 qol vurub və 131 məhsuldar ötürmə edib.
40 yaşlı futbolçu 5 dəfə "Qızıl top"u və 5 dəfə Çempionlar Liqasını qazanıb. 2016-cı ildə Ronaldo Avropa çempionu olub.