Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2025-ci ildə bütün turnirlərdə ən çox qol vuran futbolçuların siyahısını açıqlayıb. Matc.az xəbər verir ki, cədvələ “Əl Hilal”ın hücumçusu Markos Leonardo başçılıq edir.

Braziliyalı forvard yanvar ayı ərzində ümumilikdə 10 qol vurub. O, hazırda dünyanın ən məhsuldar oyunçusudu. 6 futbolçunun aktivində 8 qol var. Əlavə göstəricilərə görə, “İnter”li Lautaro Martines ikinci, PSJ-li Usman Dembele üçüncü pillədədi.

Kilian Mbappe (“Real”) və Yussef En-Nesiri (“Fənərbaxça”) Mohanad Ali (“Al Şorta”) və Samuel Boatenq (“Rahmatqonj”) də ötən ay 8 dəfə fərqlənib.  Rodriqo (“Real”), Emam Aşur (“Əl Əhli”), Viktor Qyökereş (“Sportinq”), Gilyerme Bissoli (“Buriram”) və Blaj Kramer (“Konyaspor”) isə aktivinə 7 qol yazdırıb.

Qeyd edək ki, siyahıya 6 və daha çox qol vuran 26 futbolçu salınıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest