Minifutbol üzrə Azərbaycan millisinin hazırlıq proqramı bəlli olub. Matc.az xəbər verir ki, yığmamız doğma arenada təşkil olunacaq dünya çempionatına müxtəlif ölkələrdə hazırlaşacaq.

Elşad Quliyevin yetirmələri əvvəlcə aprelin 18-də Monteneqroya yollanacaq və orada 10 gün çəkəcək beynəlxalq turnirdə qüvvəsini sınayacaq. Millimiz daha sonra Slovakiyanın Koşitse şəhərində təlim-məşq toplanışında və turnirdə iştirak edəcək.

Qeyd edək ki, dünya çempionatı mayın 21-dən iyunun 1-dək təşkil olunacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest