AFFA İntizam Komitəsi “Turan Tovuz”u 3500 manat cərimələyib. Matc.az xəbər verir ki, buna futbolçu, məşqçi və azarkeşlərin hərəkəti səbəb olub.

“Səbail”lə ev matçında qırmızı vərəqə alan tovuzluların futbolçusu Kauan Martins 1 oyunluq cəzalanıb, klub 1000 manat cərimələnib.

Matç zamanı hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə alan məşqçi Ruslan Abışov 1 oyun şərti olmaqla 2 oyunluq cəzalanıb, klubu 1500 manat ziyana salıb. Ona 3 aylıq sınaq müddəti təyin olunub.

Eyni zamanda azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyi üçün “Turan Tovuz” daha 1000 manat xərc çəkməli olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest