05 Fevral 2025, 13:00
FUTBOL
AFFA İntizam Komitəsi “Sabah”ın futbolçusu İqor Noqeyranın cəzasını açıqlayıb. Matc.az xəbər verir ki, “Kəpəz”lə oyunda qırmızı vərəqə alan oyunçu 1 görüşlük sanksiyaya məruz qalıb, klubu 500 manat cərimələnib.

“Neftçi” – “Şamaxı” oyununda “Şamaxı”nın 5, “Sumqayıt” – “Araz-Naxçıvan” görüşündə “Araz-Naxçıvan”ın 4 futbolçusu sarı vərəqə alıb ki, hər iki klub buna görə 700 manat cərimə olunub.
“Zirə – “Qarabağ” qarşılaşması bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə ev sahibləri 800 manat cərimə edilib.