AFFA İntizam Komitəsi Sumqayıt təmsilçisi “Odlar Yurdu”nu U-10 Liqasından kənarlaşdırıb. Matc.az xəbər verir ki, buna səbəb adıçəkilən komandanın bu mövsüm üçüncü dəfə bir oyunda meydana çıxmaması olub.

“Odlar Yurdu” son olaraq “Sumqayıt City” ilə qarşılaşmada təyin edilən vaxt meydanda olmayıb. Bu hal 3-cü dəfə təkrarlandığı üçün “Odlar Yurdu” yarışdan kənarlaşdırılıb.
Bundan başqa, U-14 Liqasında çıxış edən “İmişli” “Şamaxı” ilə görüşdə “lipa”dan istifadə edib. Belə ki, 25 nömrəli futbolçunun əvəzinə adı protokolda olmayan başqa oyunçu oynayıb. Buna görə, “İmişli”yə 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-13 Liqasında isə “Ruslan” (Gəncə) –“Gəncəvi” (Gəncə) və “Hindarx” (Ağcabədi) –“Pambıqçı” (Bərdə) matçları baş tutmayıb. Buna səbəb “Gəncəvi” (Gəncə) və “Pambıqçı”nın heyətində yetərsay olmamasıdı. Hər iki komanda 0:3 hesablı texniki məğlubiyyətlə üzləşib.