21 yaşadək futbolçulardan ibarət yığmalar arasında keçiriləcək AVRO-2027-nin ev sahibləri bəlli olub. Matc.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytında məlumat yayılıb.

UEFA İcraiyyə Komitəsinin iclasında qəbul olunan qərara əsasən, turnirə Albaniya və Serbiya evsahibliyi edəcəklər. Çempionatın açılış matçı Serbiyada, final görüşü isə Albaniyada gerçəkləşəcək.

Qeyd edək ki, Albaniya və Serbiya ilk dəfə gənclər arasında Avropa çempionatının ev sahibi olacaqlar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest