05 Fevral 2025, 15:07
FUTBOL
"Qarabağ"da ayrılıq baş verib. Matc.az xəbər verir ki, Ağdam klubu Julio Romao ilə yollarını ayırdığını açıqlayıb.
Bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Braziliyalı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib. 26 yaşlı yarımmüdafiəçinin karyerasını “Ferentsvaroş”da davam etdirəcəyi gözlənilir.
Qeyd edək ki, 2022-ci ildən "köhlən atlar"da çıxış edən Romao 120 oyunda 2 qol vurub. O, 2022/2023 və 2023/2024 mövsümlərində Azərbaycan çempionu, 2023/2024 mövsümündə ölkə kubokunun qalibi adını qazanıb.