“Mançester Yunayted”in sabiq müdafiəçisi Rio Ferdinand maraqlı açıqlaması ilə diqqət mərkəzinə düşüb. Matc.az xəbər verir ki, o, “mankunianlar”ın baş məşqçisi Ruben Amorimə hazırda azad agent statusu daşıyan Pol Poqbanı komandaya cəlb etməyi məsləhət görüb.

“Amorimin yerində olsaydım, Poqbaya dəvət göndərərdim. Ona deyərdim ki, bizimlə məşq et, görüm nə edə bilərsən”, - deyə Ferdinand vurğulayıb.

Qeyd edək ki, Poqba qadağan olunmuş maddə qəbul etdiyinə görə dörd il müddətinə diskvalifikasiya edilmişdi, lakin İdman Arbitraj Məhkəməsi (CAS) diskvalifikasiya müddətini 18 aya endirib. Pol bu aydan məşqlərdə iştirak edə bilər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest