05 Fevral 2025, 15:45
FUTBOL
Tibbi müayinədən keçən Romao Macarıstan klubu ilə müqaviləyə qol çəkib.
“Qarabağ”dan ayrılan Julio Romaonun yeni komandasının adı rəsmən bəlli olub. Matc.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi gözlənildiyi kimi, karyerasını "Ferentsvaroş" klubunda davam etdirəcək.
Bu barədə Budapeşt təmsilçisi rəsmi məlumat yayıb.
Tibbi müayinədən keçən Romao Macarıstan klubu ilə müqaviləyə qol çəkib. Lakin sözləşmənin detalları hələlik açıqlanmayıb.