AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə martın 1-3-ü aralığında UEFA-nın “HatTrick” proqramı çərçivəsində “D” kateqoriyalı məşqçi kursları keçiriləcək. Matc.az xəbər verir ki, bu barədə məlumat AFFA-nın mətbuat xidməti tərəfindən yayılıb.
Kurs zamanı dərslər həm nəzəri, həm praktiki hissədən ibarət olmaqla AFFA-nın məşqçi kurslarının təlimatçıları tərəfindən AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində keçiriləcək.
Kursda iştirak etmək ödənişsizdi. İştirak etmək istəyən 18 yaşına çatmış şəxslər 12 fevral 2025-ci il tarixinədək aşağıda qeyd olunan linkə keçid edərək anketi doldura bilərlər. Qeydiyyatdan keçən ilk 30 nəfər (kişi və qadın) kurslara cəlb ediləcək. Kurslara iştirak haqqı qazanmış şəxslərə bu barədə geridönüş ediləcək.