Xorvatiyalı futbolçu Yakov Jelkiç vəfat edib. Matc.az xəbər verir ki, o, 24 yaşında həyatını itirib.

İsveçrənin III divizion klubu “Qranj Pakkot”un sabiq oyunçusunun cəsədi İspaniyanın Alikante şəhərində tapılıb. Polisin araşdırması nəticəsində Jelkiçin Aralıq dənizi limanı yaxınlığında gecə klubundan içkili halda çıxdığı görülüb. Cəsədin analizi zamanı Yakovun ağciyərlərində dəniz suyu aşkarlanıb.

Polislər Jelkiçin boğularaq öldüyü qənaətinə gəliblər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest