05 Fevral 2025, 17:47
FUTBOL
Səudiyyə Ərəbistanının “Əl-İttifaq” klubundan ayrılan Stiven Cerrard ölkəsində fəaliyyət göstərə bilər. Matc.az xəbər verir ki, ingilis məşqçiyə "Karlayl Yunayted"i çalışdırmaq təklif olunub.
Adıçəkilən klub İngiltərə futbolunun səviyyəcə dördüncü divizionunda oynayır. 44 yaşlı mütəxəssisin təklifə hansı cavabı verəcəyi maraq doğurur.
Qeyd edək ki, Cerrard məşqçilik karyerası ərzində "Reyncers" və "Aston Villa"nı da çalışdırıb.