05 Fevral 2025, 21:08
FUTBOL
"Mançester Yunayted" mövsümün sonunda Viktor Lindelöflə yollarını ayıracaq.
Matc.az xəbər verir ki, isveçli futbolçu ilə başa çatacaq müqavilənin müddəti artırılmayacaq.
2017-ci ildən komandanın şərəfini qoruyan Lindelöf zədə üzündən uzun müddətdir yaşıl sahələrdən kənarda qalıb. Mançester təmsilçisi ötən yayda Viktoru satmaq istəsə də, məhz zədəli olması rəhbərliyə mane olmuşdu.
Qeyd edək ki, 30 yaşlı müdafiəçi bu mövsümdə bütün turnirlərdə cəmi 9 oyunda forma geyinə bilib.