"Sumqayıt"ın baş məşqçisi Vaqif Cavadov Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Sabah"a qarşı ilk oyundan sonra baş tutan mətbuat konfransında iştirak edib.

"Sumqayıt"ın baş məşqçisi Vaqif Cavadov Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Sabah"a qarşı ilk oyundan sonra baş tutan mətbuat konfransında iştirak edib.

Matc.az xəbər verir ki, o, heç-heçə başa çatan görüş barədə danışıb:

"Bu gün yaxşı oyuna şahidlik etdik. Hər iki tərəf dinamik futbol sərgilədi. Rəqib də, biz də qalib gəlməyə çalışırdıq. Qol vura bilmədik, lakin qapımızı toxunulmaz saxlamağı bacardıq. Cütün taleyi növbəti oyuna qaldı. Komandama göstərdiyi oyuna görə təşəkkür edirəm. 4 gün sonra Premyer Liqada oyunumuz var. Hazırlıqlarımızı davam etdirəcəyik".

Qeyd edək ki, Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda "Sabah" "Sumqayıt"la qolsuz bərabərə qalıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest